Futbol üzrə Azərbaycan Kubokunun 2024/25 mövsümündə ilk mərhələnin cütləri bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunun 2024/25 mövsümünün oktyabrın 12-13-də keçiriləcək I təsnifat mərhələsində II Liqanın 14 klubu mübarizə aparacaq.

Bakunews.media xəbər verir ki, Misli Premyer Liqasının 5, I Liqanın 10 klubu yarışa II təsnifat mərhələsindən başlayacaq. Ötən mövsümün beş ən yaxşısı isə 1/8 finalı gözləyəcək.

Qeyd edək ki, kubokun sahibi 2025-ci il iyunun 1-də bəlli olacaq.

l təsnifat mərhələsi (12-13 oktyabr 2024-cü il)

1. "Lerik" - "Ağdaş"

2. "Şəfa" - "Saatlı-Araz"

3. "Göygöl" - "Hypers"

4. "Şimal" - "Qusar"

5. "Sahdağ Qusar" - "Kür-Araz"

6. "Sheki Siti" - "Şəmkir"

7. "Dinamo" - "Füzuli"

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkatma mərasimi keçirilir.

Bakunews.media xəbər verir ki, püşkatmada Premyer Liqa, Birinci Liqa və İkinci Liqa təmsilçiləri mübarizə aparacaqlar.

Ümumilikdə turnirdə 34 klub iştirak edəcək.

Anar Həsənov

0.91367602348328