"Real Madrid" klubunun ulduz futbolçusu Almaniyadakı villasını satışa çıxardı

Hazırda "Real Madrid" ilə müqaviləsi olan müdafiəçi David Alaba bu yaxınlarda dəbdəbəli lüks villasını 6,7 milyon avroya satışa çıxarıb.

Bakunews.media xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkdiyi üçün əsas heyətdən kənarda qalan David Alaba Almaniyanın Münhen şəhərindəki villasını satmaq qərarına gəlib.

1936-cı ildə rejissor Otto Falkenberq üçün tikilmiş və o vaxtdan bəri bir neçə dəfə təmir edilmiş ev 1817 kvadratmetrlik ərazidə on otaq və beş vanna otağından ibarətdir.

Qeyd edək ki, David Alaba "Bavariya" klubunda çıxış etdiyi 2008-2021-ci il mövsümündə bu villada yaşayıb, daha sonra isə "Real Madrid"ə transfer olduğu üçün onu satmaq qərarına gəlib.

1.0038220882416