Bombardirlər siyahısı açıqlanıb: Olaviyo Juninyonun vurduğu qollar qeydə alınmayıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi cədvəldə milli komanda və qitəmiqyaslı klub turnirlərində ən azı 8 qol vuranlar yer alıblar. "Qarabağ"ın futbolçusu Olaviyo Juninyonun qolları qeydə alınmayıb.

Bakunews.media xəbər verir ki, siyahıya "Olimpiakos"un mərakeşli hücumçusu Ayub Al-Kaabi başçılıq edir. 15 qol vuran afrikalı klubda 11, yığmada 4 dəfə fərqlənib.

"Əs-Sədd"in qətərli forvardı Akram Afif ikinci, "Bavariya"nın ingilis ulduzu Harri Keyn üçüncüdür. Onların hər ikisi 14 dəfə fərqlənib.

"Qarabağ"ın bombardiri Olavio Juninyo avrokuboklarda ümumilikdə 9 qol vursa da, siyahıya daxil edilməyib. Buna təsnifat mərhələlərinin qollarının nəzərə alınmamağı səbəb olub. Əsas raundlarda 3, təsnifatda 6 dəfə fərqlənən braziliyalı bu üzdən cədvəldən kənar düşüb.

Qeyd edək ki, yalnız 19 futbolçu ilin ilk 9 ayında 8 və ya daha çox qol vurmağı bacarıb.

1.2808709144592