UEFA Çempionlar Liqası: "Arsenal" PSJ üzərində qələbə qazandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun "Arsenal" və PSJ matçı başa çatıb.

Bakunews.media xəbər verir ki, görüş "Emirates Stadium"da keçirilib.

Qarşılaşma "Arsenal"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Arsenal"a qələbəni qazandıran qolları 20-ci dəqiqədə Kai Havertz və 35-ci dəqiqədə Bukayo Saka vurublar.

UEFA Çempionlar Liqası: "Arsenal" PSJ üzərində qələbə qazandı

UEFA Çempionlar Liqası: "Arsenal" PSJ üzərində qələbə qazandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun "Arsenal" və PSJ matçı başlayıb.

Bakunews.media xəbər verir ki, görüş "Emirates Stadium"da keçirilir.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxıblar:

"Arsenal": David Raya, Jurrien Timber, Vilyam Saliba, Gabriel Magalhaes, Rikkardo Kalafiori, Deklan Rays, Tomas Partey, Bukayo Saka, Kai Havertz, Qabriel Martinelli, Leandro Trossard.

PSJ: Canluici Donnarumma, Achraf Hakimi, Markinyos, Villian Paço, Nuno Mendes, Uorren Zaire-Emeri, Vitinha, Joao Neves, Desire Doue, Li Kang-in, Bredli Barkola.

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda "Arsenal" klubu PSJ ilə qarşılaşacaq.

Bakunews.media xəbər verir ki, "Emirates Stadium"da keçirilən görüşü Slovka Vinçiçin başçılıq etdiyi sloveniyalı hakimlər briqadası idarə edəcək.

Komandalar görüşə itkilərlə çıxacaq. Meydan sahiblərindən Odeqard, Tierni, Tomiyasu, Zinçenko, Merino və Ben Uayt zədə üzündən qarşılaşmanı buraxmalı olacaqlar. Qonaqlardan isə Dembele, Hernandes, Kimpembe və Ramoş komandasına kömək edə bilməyəcəklər.

Qeyd edək ki, komandalar beynəlxalq turnirlərdə indiyədək ümumilikdə dörd dəfə üz-üzə gəliblər. Bunlardan ikisi "Arsenal"ın qələbəsi ilə başa çatıb. İki dəfə isə heç-heçə qeydə alınıb.

Yayımın başlama vaxtı Bakı vaxtı ilə saat 23:00-dır.

Arsenal - PSJ matçının canlı yayımını Bakunews.media saytında izləyə bilərsiniz.

0.43619704246521