Azərbaycan idmançısı beynəlxalq fiqurlu konkisürmə turnirində gümüş medal qazanıb

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışında təmsil edən Vladimir Litvintsev Qazaxıstanın paytaxtı Astanada keçirilən Denis Ten Memorialında gümüş medal qazanıb.

Bakunews.media xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası (AQİNF) məlumat yayıb.

İdmançımız qısa və sərbəst proqramda çıxış edib. O, 12 idmançı arasında 246.00 xal taplayaraq yekun nəticədə 2-ci yeri tutub.

0.40298390388489