Ronaldunun qolu "Ən-Nəsr"in qələbəsinə kömək etdi
Səudiyyə Ərəbistanı Pro liqasında altıncı turun oyunları keçirilir.
Bakunews.media xəbər verir ki, "Ən-Nəsr" doğma azarkeşləri önündə "Əl-Oruba"nı qəbul edib.
Oyunda hesabı meydan sahiblərinin ulduzu Kriştianu Ronaldu açıb. Portuqaliyalı 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Daha sonra onun komanda yoldaşı Sadio Mane dublla yadda qalıb. Beləcə, "Ən-Nəsr" qonaqlara şans vermədən 3 xalı qazanıb - 3:0.
Hazırda Ronaldunun komandası 14 xal toplayaraq çempionatda 3-cü yeri tutur. Liqaya beş oyundan 15 xalı olan son çempion "Əl-Hilal" başçılıq edir.