"Mançester Yunayted" klubunun sabiq hücumçusu cəzalandırıldı

İngiltərənin "Plymouth Argyle" klubunun baş məşqçisi Ueyn Runi qeyri-adekvat hərəkət etməkdə ittiham olunur.

Bakunews.media xəbər verir ki, "Blackburn"lə oyunda baş məşqçi əsəblərinə hakim ola bilməyib.

Məlumata görə, rəqib komanda hesabı bərabərləşdirəndən sonra 38 yaşlı mütəxəssis özündən çıxıb, texniki zonadan qovulub və su butulkasını azarkeşlərin olduğu tərəfə atıb. Mənbə Runinin matçın rəsmi nümayəndələrini təhqir etdiyini də qeyd edib. Onun 15 oktyabr tarixinə qədər İngiltərə Futbol Assosiasiyasının ittihamına etiraz etmək hüququ olduğu bildirilib.

0.12760806083679