Floridada qasırğadan sonra alliqatorlar küçələri zəbt ediblər

ABŞ-nin Florida ştatında "Milton" qasırğasından sonra daşqınlar nəticəsində küçələrdə alliqatorlar üzməyə başlayıb.

Bakunews.media xəbər verir ki, bu barədə "25 WPBF News" məlumat yayıb.

Florida ştatının Fort Mayers şəhərinin sakini qasırğanın yaratdığı daşqın və fırtınanın qızğın vaxtında çəkilmiş qeyri-adi videonu paylaşıb. Evin yaxınlığında maşında oturan sakinlər dayanmış yolsuzluq avtomobilinin qapısını açan zaman qəfildən ayaqlarının altından sudan çıxan timsah burnunu görüblər. Yırtıcı qapını dişləməyə çalışıb, sonra isə təkərdən yapışıb.

Floridada qasırğadan sonra alliqatorlar küçələri zəbt ediblər

Floridada qasırğadan sonra alliqatorlar küçələri zəbt ediblər

Mütəxəssislərin sözlərinə görə, timsahlar və zəhərli ilanlar öyrəşdikləri yaşayış yerindən kənarda ağır stress keçirə və aqressiv davrana bilərlər.

Qeyd edək ki, ümumilikdə Floridada 1,3 milyondan çox alliqator yaşayır.

0.068822145462036