İspaniya millisindən Yamalla bağlı yenilik

"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamal İspaniya milli komandasında 10 nömrəli formanı seçib.

Bakunews.media-ın məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, əvvəllər bu nömrə ənənəvi olaraq ən yaxşı hücumçuya verilirdi.

İspaniya milli komandasında 10 nömrəli formanı Raul Qonsales, İsko, Tyaqo Alkantara, Santi Kasorla və Xose Antonio Reyes geyinib.

Qeyd edək ki, Yamal çox gənc olmasına baxmayaraq artıq milli komandada 16 oyun keçirib və 3 qol vurub. Klub səviyyəsində Laminin bu mövsüm 11 oyunu və 5 qolu var.

0.11568307876587