Avstraliyada naməlum mənşəli kürələr səbəbindən çimərlik bağlanıb

Sidneydəki Kuci şəhər çimərliyi kiçikölçülü qara rəngli naməlum mənşəli kürələr səbəbindən bağlanıb.

Bakunews.media bu barədə "The Guardian"a istinadən xəbər verir.

Məlumata görə, çimərlikdə istirahət edənlərə neft məhsulu olduğu ehtimal olunan "qatran kürələrə" toxunmamaqla bağlı xəbərdarlıq edilib. Qeyd olunur ki, belə bir hadisə ilk dəfə qeydə alınıb.

Rendvik şəhər şurasının ətraf mühitin mühafizəsi üzrə əməkdaşları nümunələr toplayıb və onları test üçün göndəriblər. Eyni zamanda, insanlara onlara toxunmamaq və yaxınlaşmamaq tövsiyə edilib. Çimərlik növbəti bildirişə qədər bağlanıb.

"Digər çimərliklərdə hər şey qaydasındadır, lakin biz bu kifayət qədər qeyri-adi vəziyyəti mümkün qədər tez həll etməyə ümid edirik", - deyə ştatın ətraf mühit naziri Penni Şarp bildirib.

0.051687002182007