İsrail ordusunun Livana zərbəsi nəticəsində ölənlərin sayı məlum oldu

İsrailin Livanın paytaxtı Beyrutdan 75 km cənubda yerləşən Nəbatiyyə şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Bakunews.media TASS-a istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Təcili Əməliyyatlar Mərkəzi məlumat verib.

Qeyd olunur ki, yaralıların sayı 50 nəfəri ötüb. Ölənlərin əksəriyyəti xilasedicilər tərəfindən şəhərin mərkəzi hissəsində binaların dağıntılarını təmizləyərkən aşkar edilib.

Zərbə nəticəsində Nəbatiyyə şəhərinin meri Əhməd Xeyl və bələdiyyə şurasının beş üzvü öldürülüb.

0.046990871429443