Dünyaca məşhur moda evi skafandr təqdim edib

İtalyan "Prada" moda evi və "Axiom Space" özəl kosmik şirkəti NASA-nın insanlı Ay missiyası üçün birgə işlənib hazırlanmış skafandr təqdim ediblər.

Bakunews.media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Axiom Space" bir il əvvəl NASA-nın "Artemis 3" missiyası üçün skafandrların yaradılması barədə məlumat verərkən, "Prada" ilə əməkdaşlığını da elan etmişdi.

Missiyaya 2026-cı ilin sentyabrında start veriləcəyi gözlənilir və 1972-ci ildən bəri bu, Yerin peykinə ilk insanlı uçuş olacaq.

0.046370029449463