Bərdədə 40 yaşlı kişi ehtiyatsızlıqdan ölüb
Bərdədə 40 yaşlı kişi ehtiyatsızlıqdan həyatını itirib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun İmirli kənd sakini, 1984-cü il təvəllüdlü Kamran Məmmədov təsərrüfatda qaldırıcı kranla işləyərkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.