İstanbul-Təbriz reysində sərnişinləri Azərbaycan dilində salamladılar

Təbriz Hava Yollarının İstanbul-Təbriz reysindən maraqlı görüntülər yayılıb.

Bakunews.media xəbər verir ki, kadrları "Azad İran" "Telegram" kanalı yayıb.

Təyyarədə sərnişinlərin Azərbaycan dilində "xoş gəldiniz" ifadəsi ilə qarşılanması diqqət çəkib.

Qeyd edək ki, ötən həftə Tehran-Təbriz reysində təyyarə bələdçisinin sərnişinləri "xoş gəldiniz" ifadəsi ilə qarşılaması qalmaqal yaratmışdı.

0.048588037490845