Şirvanda azyaşlı ikinci mərtəbədən YIXILDI

Şirvanda iki yaşlı uşaq ikinci mərtəbədən yıxılıb.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri, Heydər Əliyev prospektində baş verib.

Belə ki, Şirvan sakini, 2022-ci il təvəllüdlü Ə.B. binanın ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alıb. Azyaşlı kəllə-beyin travması diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

0.16625499725342