"Formula-1" üzrə ABŞ Qran-prisinin qalibi müəyyənləşib
"Ferrari" komandasından moneqasklı Çarlz Lekler 2024-cü il mövsümünün "Formula-1" avtomobil sinfi üzrə dünya çempionatının 19-cu mərhələsinin - ABŞ Qran-prisinin qalibi olub.
Bakunews.media xəbər verir ki, yarış Ostində (Texas) "Circuit of the Americas" dövrəsində baş tutub.
Leklerin "Ferrari"dəki partnyoru ispaniyalı Karlos Sayns ikinci olub. Üçüncü yeri "Red Bull"dan hollandiyalı Maks Ferstappen tutub. Ferstappen "McLaren"dən olan britaniyalı Lando Norrisi geridə qoyaraq dördüncü olub, lakin protokolda Norris dördüncü yerə yüksəlib. Britaniyalı ötmə qaydalarını pozduğuna görə beş saniyəlik cəza alıb.
Lekler bu mövsüm üçüncü dəfə Dünya çempionatı mərhələsini qazanıb, bundan əvvəl moneqasklı Monako və İtaliya Qran-prisində birinci olub.
Fərdi yarışda Ferstappen 354 xalla liderliyini qoruyub saxlayır, ikinci yeri Norris (297 xal), üçüncü yeri isə Lekler (275) tutur. Konstruktorlar çempionatında "McLaren" liderdir (544), "Red Bull" ikinci (504), "Ferrari" isə üçüncüdür (496).
Dünya çempionatının növbəti, 20-ci mərhələsi oktyabrın 25-dən 27-dək Meksikada keçiriləcək.