Böyük Britaniya və Almaniya tarixi müdafiə paktı imzalayacaqlar

Böyük Britaniya gələn həftə Almaniya ilə tarixi müdafiə paktı imzalayacaq və bunun Avropa İttifaqı (Aİ) ilə daha sıx hərbi və təhlükəsizlik əlaqələri qurmağa imkan verəcəyi gözlənilir.

Bakunews.media xəbər verir ki, bu barədə "The Sunday Times" məlumat yayıb.

Saziş Böyük Britaniya və Almaniya qüvvələrinə NATO-nun Rusiya ilə şərq sərhədində, çox güman ki, Estoniya və Litvada birgə təlimlər keçirməyə imkan verəcək. Müqavilə, həmçinin ölkələrə birgə daha çox silah almağa, yeni nəsil silahların hazırlanması və istehsalı sahəsində daha sıx əməkdaşlığa imkan tanıyacaq. Bu, Ukraynaya hərbi yardım nəticəsində arsenalların azalması fonunda dövlətlərin müdafiə sənayesini gücləndirməyə kömək edəcək.

"The Times" yazır ki, Böyük Britaniyada pakt, müdafiə, kəşfiyyat məlumatlarının mübadiləsi, enerji və qeyri-qanuni miqrasiya məsələlərini əhatə edən Aİ ilə daha geniş təhlükəsizlik və müdafiə sazişi üçün ilk addım kimi qiymətləndirilir.

Qəzetin mənbəsinin sözlərinə görə, gələn il Brüssellə substantiv danışıqların baş tutacağı gözlənilir.

0.049333095550537