Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi

Bakının Sabunçu rayonunda 1978-ci il təvəllüdlü İmran qardaşının qayınanası Elnarəyə (adlar şərti verilib - red.) təcavüz edib.

Teleqraf.com-un məlumatına görə, sərxoş vəziyyətdə olan İmran gecəyarısı mərhum qardaşı Fazilin tək yaşayan qayınanası Elnarəni zorlamaq məqsədilə Maştağa qəsəbəsi, Xanlar massivindəki nömrəsiz evinə gəlib.

İmran yemək yedikdən sonra evin qapısını arxadan kilidləyib, çölə çıxmaq istəyən Elnarənin müqavimətini qıraraq, evin dəhlizində ağzını tutub ona fiziki ağrılar yetirib. Daha sonra qışqıracağı təqdirdə onu öldürəcəyi ilə hədələyib və yerə yıxaraq əynindəki donu cırıb. Sonra zorla Elnarə ilə təbii yolla cinsi əlaqəyə girib.

Çirkin əməllərindən əl çəkməyərək, Elnarənin saçından tutub, dizi üstə oturdub və ona qarşı digər seksual xarakterli iyrənc hərəkətlər edib. Yenidən qadınla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən İmranın barəsində Cinayət Məcəlləsinin 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İmran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində göstərib ki, 2000-ci ildə Ləmanla ailə həyatı qurub, birgə nikahdan 2005-ci ildə Xatirə adlı qızı dünyaya gəlib: "Hazırda ikinci dəfə ailə həyatı qurduğum Lamiyə ilə qeyri-rəsmi evliyəm, birgə nikahdan oğlan övladım var. Ailə həyatı qurduqdan sonra Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamağa başlamışam. Zərərçəkmiş Elnarənin qızı Aytac isə qardaşım Fazilin arvadıdır. Fazil 2015-ci ilin mayında işlədiyi mağazanın zirzəmisində baş vermiş yanğın zamanı xəsarət alaraq vəfat edib.

Bundan bir müddət sonra anası Elnarə mənə zəng vuraraq Aytacın evinin təmirinə köməklik etməyimi xahiş elədi. Aytac mərhum qardaşım Fazilin arvadı olduğu üçün ona kömək etdim.

O vaxtdan Aytac mənimlə əlaqə saxladı, ara-sıra ona ev-dükan işlərində köməklik göstərməyimi xahiş etdi. Hətta bir müddətdən sonra Aytacın işlətdiyi ərzaq dükanında işləməyə başladım".

İmranın sözlərinə görə, təxminən iki ay sonra Aytacın dükanından çıxıb, özü Maştağa qəsəbəsində yolun kənarında köşk açaraq tütün və içki məmulatlarının satışına başlayıb:

"Elnarə işlətdiyim köşkə gəldi, qızı ilə Astara rayonunda yerləşən torpaq üstündə mübahisəsi olduğunu, torpaq sahəsini satmağa maneçilik törədən Aytacın sənədə imza atmasına razı salmağımı xahiş etdi.

Onda Aytac köşkün yanında stulda əyləşmişdi. Ana-bala mübahisə etdilər, Elnarə qəflətən özünü pis hiss edərək yerə yıxıldı. Onu ayağa qaldırıb özünə gəlməsinə yardımçı oldum.

Elnarə axşam saatlarında köşkü bağladıqdan sonra qarpız alaraq onun evinə gəlməyimi bildirdi. Saat 20 radələrində qarpız alıb Elnarənin evinə getdim. Çay içdik, ailədaxili problemlərindən, onun qızı Aytacla olan münasibətindən dərdləşdik. Həmin ərəfədə ailəmdən ayrılmışdım.

Saat təxminən 22-23 radələrində Elnarənin evindən çıxaraq Sabunçu qəsəbəsində kirayədə yaşadığım evə gəldim. Səhəri gün saat 9-10 radələrində Aytac zəng vurub məni təcili evinə çağırdı. Bundan qabaq bir neçə dəfə Aytacın qızının arxasınca tanımadığı oğlanların düşdüyü üçün ona nəsə olduğunu düşündüm, köşkü bağlayıb getdim.

Həyətdə Aytacı, Elnarəni, Aytacın qızını və tanımadığım cavan bir oğlanı gördüm. Aytac və Elnarə üzərimə hücum çəkdilər, Elnarəyə qarşı guya əxlaqsız hərəkətlər etməyimin səbəbini soruşdular. Onlara üzərimə şər atdıqlarını, belə bir hadisənin olmadığını bildirdim. Sözlərimə əhəmiyyət verilmədiyini gördüm və oradan çıxaraq köşkə qayıtdım".

İmran qeyd edib ki, artıq Elnarəgilin ailəsindən uzaq gəzməli olduğunu anlayıb, işlətdiyi köşkü bağlayıb:

"Ramana qəsəbəsinə köçüb orada yeni köşk icarəyə götürərək işlətməyə başladım. Bir müddət Lökbatan və digər qəsəbələrdə fəhlə işləyərək özümü dolandırdım.

Haqqımda polis orqanlarına şikayət edilməsi barədə xəbərim olmayıb. 18 yanvar 2022-ci ildə axşam saatlarında anamın ad günü ilə əlaqədar ona zəng vurdum. Anam mənə 15-ci Polis Bölməsi tərəfindən axtarıldığımı dedi. Bölmə ilə əlaqə saxladıqdan sonra bölməyə dəvət edildim".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Elnarənin sözlərinə görə, təqsirləndirilən İmran qızı Aytacın qayınıdır:

"İmran Maştağa qəsəbəsində xırda sahibkarlıqla məşğul olurdu, mağaza işlədirdi. Qızımla bir müddət münasibətlərimiz yaxşı deyildi. Buna səbəb Aytacın əri öldükdən sonra evinə gedib-gəlməməyim idi. Astara rayonunun kəndində 0.12 hektar torpaq sahəmiz var, öz yaşadığım evi təmir etmək üçün həmin torpağı satmaq qərarına gəldim. Evin satılması üçün Aytacın razılığı lazım oldu.

Bununla bağlı bir neçə dəfə Aytacın yanına getsəm də, torpaq sahəsinin satılmasına razılıq vermədi. Bəlkə qaynı İmrana desəm, razı olar deyə fikirləşdim. İyulun 21-də saat 18 radələrində İmranın işlədiyi mağazaya getdim. Ondan xahiş etdim ki, Aytacdan mənə etibarnamə verməyi xahiş etsin, mən də torpaq sahəsini satıb evimi təmir edim.

İmran Aytacla danışmadığını bildirdi. İmranın yanına gedərkən əlimdə qəhvəyi rəngli qadın çantası vardı, çantanın qulpu qırıldı. İmran mənə dedi ki, çantanı ver, qulpunu dərzidə düzəltdirərəm. Təkliflə razılaşdıqdan sonra mənə göy rəngli sellofan verdi, çantamdakı əşyaları ona yığdım.

İmranın mağazasında bir saata yaxın oldum. Saat 19 radələrində evə çatdım. Evə gəldikdən təxminən yarım saat sonra telefonuma tanımadığım nömrədən zəng gəldi. Cavab verdikdə danışanın İmran olduğunu, çantanın qulpunu tikdirdiyini, saat 23:00-da dükanı bağladıqdan sonra gələrək çantanı mənə verəcəyini dedi".

Elnarə qeyd edib ki, İmran gecəyarısı onun yaşadığı evə gəlib, özü ilə birlikdə qarpız və kiçik araq şüşəsi gətirib: "Ondan kəskin spirtli içki iyi gəlirdi. Məndən qarpızı kəsməyimi xahiş etdi.

Qarpızı mətbəxdə kəsdim və birlikdə yedik. Söhbət əsnasında İmran əsasən özü barədə, arvadı ilə boşanması və aliment davası haqqında danışdı. Bir saata yaxın danışdıqdan sonra saatın gec olduğunu İmrana bildirdim və evinə getməsini xahiş etdim.

İmran ayağa qalxaraq qapısı bağlı otağı göstərdi və oranı təmir etməyi təklif etdi. Buna ehtiyac görmədiyimi bildirdim, sonra onun təkidi ilə həmin otağın qapısını açdım. İmran otağa baxaraq məndən çay istədi. Çayın yox olduğunu dedim, su gətirmək üçün mətbəxə keçdim.

İmran su içdikdən sonra stəkanı mənə verib, evin bayır qapısını bağladı".

Elnarənin ifadəsinə görə, İmrandan niyə qapını bağladığını soruşub: "Mənimlə cinsi əlaqədə olmaq istəyini bildirdi. Ona müqavimət göstərdim və bayıra çıxmaq istədim. Sağ əli ilə sol qolumu tutaraq sıxdı. Qışqırmağa başlayanda isə ağzımı tutdu. Qışqıracağım təqdirdə məni öldürəcəyi ilə hədələdi.

Yerə yıxaraq paltarımı cırmağa başladı. Sinəmin üzərində oturaraq şalvarını çıxartdı. İlk əvvəl əynimdəki firuzəyi rəngli xalatı, sonra ağ rəngli alt paltarını cırdı. Mənimlə zorla cinsi əlaqədə olmağa başladı. İmrana nə qədər müqavimət göstərsəm də, öz əməlinə davam etdi. Bu vəziyyətdə təxminən otuz dəqiqədən artıq mənimlə fasilə vermədən təbii yolla cinsi əlaqədə oldu".

Elnarə bildirib ki, İmran təbii yolla cinsi əlaqədə olduqdan sonra onun üzərində seksual xarakterli hərəkətlər edib: "Çirkin əməllərindən əl çəkməyərək saçımdan tutdu. Məni dizi üstə oturtdu. Özü isə ayağa qalxaraq saçımdan tutdu, iyrənc hərəkətlər etməyə başladı. Əvvəl onun istəyini yerinə yetirmək istəmədim. Amma məni öldürəcəyi ilə hədələdi, yenidən saçımdan yoldu və ağzımı açmağı tələb etdi.

Təxminən on-on beş dəqiqə mənə qarşı bu hərəkətləri etməyə başladı. Bundan sonra da əl çəkmədi. Məni ağzı üstə yerə uzadaraq qeyri-təbii yolla cinsi əlaqədə oldu. Yenə də müqavimət göstərmək istəyəndə məni öldürməklə hədələdi, sakit durmağımı tələb etdi. Qırx dəqiqəyə yaxın mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu.

Sonra ayağa qalxaraq öz mobil telefonu vasitəsilə mənim və evin şəkillərini, videosunu çəkməyə başladı. Bundan bərk əsəbiləşdim. İmranı lüt formada itələdim, bayıra çıxartdım. Daha sonra mətbəxin pəncərəsindən paltarlarını yığaraq arxasınca atdım. Özüm isə hamama girərək yuyundum, cırılmış paltarlarımı yudum".

Elnarənin sözlərinə görə, növbəti gün bədənində, xüsusən bel nahiyəsində ağrılar olduğuna görə evdə uzanıb: "İyulun 23-də saat 15 radələrində digər qızım Əfsanəyə zəng etdim. Ona İmranın məni zorladığını dedim. Əfsanə də bu barədə bacısı Aytaca məlumat verdi. Saat 20 radələrində Aytac mənə zəng etdi. Telefonda ona baş verənləri danışdım, evimə gəldi.

Olanları danışdım, Aytac İmrana zəng edərək evə çağırdı. İmran əvvəlcə gəlməkdən imtina etdi. Lakin Aytac yalandan qapını oğruların sındırdığını deyəndə gəlməyə razı oldu.

Aytac gedəndən bir saat sonra mən də onlara yollandım. Oraya çatanda səsdən İmranla Aytacın mübahisə etdiklərini bildim. Aytac İmrandan etdiklərinin səbəbini soruşdu. O, mənim yalan danışdığımı, məni zorlamadığını dedi.

Bu zaman darvazadan içəriyə daxil olub İmrana yaxınlaşdım. Onun ayıb yerindən tutaraq "kişisənsə, indi axşam etdiklərini et" dedim. Aytaca dedim ki, ip gətir, əl-qolunu bağlayıb polisə təhvil verək. Polis sözünü eşidən kimi İmran Aytacı itələdi və qaçaraq getdi.

Aytacın başı daşa dəydi, başından qan axdı. O, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etdi.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət-Prosessual Məcəllənin 42.1, 42.1.1, 42.2.1-ci maddələrinə uyğun olaraq cinayət hadisəsinin baş verməməsi əsası ilə əlaqədar İmrana bəraət verilib.

Hökmdən narazı qalan zərərçəkmiş Elnarə apellyasiya şikayəti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli bəraət hökmünün apellyasiya qaydasında ləğv edilməsini, İmranın barəsində ittiham hökmü çıxarılmasını xahiş edib.

Bəraət hökmünün ləğv edilməsi ilə bağlı dövlət ittihamçısı tərəfindən də apellyasiya şikayəti verilib. Dövlət ittihamçısı İmranın Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyaları həddində qanunamüvafiq cəza təyin edilməklə məhkum edilməsinə dair ittiham hökmü çıxarılmasını istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayəti və protestinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, nə zərərçəkmiş şəxsin şikayəti, nə də dövlət ittihamçısının protesti təmin edilməyib.

Bu qərardan narazı qalan dövlət ittihamçısı kasasiya protesti verib. Dövlət ittihamçısı qeyd edib ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri onun tərəfindən törədilməsi zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilib.

Dövlət ittihamçısı əlavə edib ki, cinayət işinin materiallarında və apellyasiya protestində birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuni və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillər olub: "Bu halda, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin qiymətləndirilməsindən yan keçərək düzgün təhlil aparmayıb. İbtidai istintaq zamanı toplanmış sübutları qeyri-obyektiv qiymətləndirməklə, cinayət prosesi tərəfləri arasında tarazlığı qorumalı və işə obyektiv baxılmasını təmin etməli olduqları halda, müdafiə tərəfinin təqdim etdiyi əsassız dəlillərə üstünlük verməklə çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxıblar".

Dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edib.

Ali Məhkəmənin dövlət ittihamçısının verdiyi kasasiya protestini təmin etməyib.

4.3734629154205