Bakı Dəmiryol Vağzalında təmir işləri görülür - Qatarların qrafikində dəyişiklik olacaq?
Bakı Dəmiryol Vağzalında təmir işləri görülür.
Bu barədə Bakunews.media-a sərnişinlər məlumat veriblər.
Mövzu ilə bağlı Bakunews.media-ın Azərbaycan Dəmir Yollarına (ADY) ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, Bakı Dəmiryol Vağzalında aparılan təmir işləri gözdən əlil insanlar üçün nəzərdə tutulan daktil döşəmələrin yenilənməsi ilə bağlıdır.
"Gözdən əlil olan sərnişinlərimizin vağzal ərazisində rahat və maneəsiz hərəkəti üçün daktil döşəmələr yenisi ilə əvəz olunur. İşlərin əksəriyyəti gecə saatlarında aparılır, qatarların qrafik üzrə hərəkətinə hər hansı maneə yoxdur. Sərnişin məmnuniyyəti və maneəsiz səyahəti təmin etmək üçün sosial və həssas qruplar üçün vağzal və stansiyalarda bərabər imkanlar yaradılır", - deyə cavabda qeyd olunub.
Aygün Mirakif