Türkiyədə məşhur seriallara çəkilən aktyor qəfil vəfat etdi

Məşhur türkiyəli aktyor Tekin Temel 56 yaşında infarktdan dünyasını dəyişib.

Bakunews.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə aktyorun meneceri məlumat verib.

Qeyd olunur ki, səhər saatlarında filmin çəkiliş meydanına getməyə hazırlaşan aktyorun halı qəfil pisləşib. O, qısa müddət sonra həyatını itirib.

Aktyor əvvəl də ürəyindən əməliyyat olunub və həkimlər onun ürəyinə stent qoyublar.

Tekin Temel 1968-ci ildə Türkiyənin Manisa şəhərində dünyaya gəlib. Aktyor "Acı hayat", "Çiçek taksi", "Ayrılsak da beraberiz", "Sırlar dünyası", "Çocuklar duymasın", "Kuruluş Osman" kimi məşhur ekran əsərlərində rol alıb.

0.050194978713989