Tibb kurslarını bitirən şəxslərin sertifikatları nə dərəcədə etibarlıdır?

Tibb kurslarına müraciət edənlərin sayı artıb.

6-12 ay ərzində keçirilən bu kursları bitirənlərə sonda təhsil mərkəzinin tərtib etdiyi diplom və sertifikat verilir.

Həmin kursları bitirən şəxslər əsasən ya özəl tibb müəssisələrində, ya da fərdi olaraq çalışırlar.

Bəs bu kursları bitirən şəxslərə verilən sənədlər nə qədər etibarlı sayılır?

Tibb üzrə ekspert Rasif Bağırovun sözlərinə görə, belə kursları bitirənlər yüngül tibbi dəstək göstərməklə, ancaq ailə üzvlərinə kömək göstərə bilərlər:

"Elanlarda bəzən elə şərtlər qeyd olunur ki, insanlara cəlbedici gəlir və həmin kurslara müraciət edirlər. Lakin kursu bitirdikdən sonra harada çalışacaqları ilə bağlı maraqlanmırlar. Problem də məhz bundan sonra başlayır. Belə şəxslərin nəinki dövlət müəssisələrində, digər tibb idarələrində də çalışması yolverilməzdir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən verilən məlumata görə, tibb kurslarına nəzarət nazirliyin səlahiyyətlərinə daxil deyil. Həmin kursları bitirən şəxslər dövlət tibb müəssisələrində işlə təmin olunmurlar.

Daha ətraflı "Xəzər xəbər"in süjetində:

Tibb kurslarını bitirən şəxslərin sertifikatları nə dərəcədə etibarlıdır?

Tibb kurslarını bitirən şəxslərin sertifikatları nə dərəcədə etibarlıdır?

0.050970077514648