Tibo Kurtua uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

"Real Madrid" klubunun təcrübəli qolkiperi Tibo Kurtua "El-Klasiko" matçında komandasına kömək edə bilməyəcək.

Bakunews.media xəbər verir ki, buna səbəb Kurtuanın əzələsindən zədə almasıdır.

Belə ki, Karlo Ançelotti təcrübəli qolkiperin əvəzinə Andrey Lunini əsas heyətdə meydana buraxacaq.

Qeyd edək ki, "Real Madrid" - "Barselona" matçı oktyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

0.063992977142334