Ağır yanıq xəsarətləri alan iki bacının dəstəyə ehtiyacı var

Aysu və Fatimə Əliyevanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.

Bu barədə Bakunews.media-a onların anası Fizzə Əliyeva məlumat yayıb.

O, övladlarının oktyabrın 5-də ehtiyatsızlıq üzündən yanıq xəsarətləri aldığını deyib:

"Biz Siyəzəndə yaşayırıq, uşaqlar evdə oynayarkən qaynar çaydanı üstlərinə aşırıblar. Elə həmin gündən də xəstəxanada müalicələr edirik. Fatimənin, demək olar ki, bütün bədəni yanıb. Müalicələri tamamlanandan sonra o bir neçə dəfə əməliyyat olunmalıdır. Ağrıları dözülməzdir. İki uşağı birdən müalicə etdirmək, inanın, bizim üçün çox ağırdır".

Gənc ana övladları üçün dəstək istəyib:

"Bizim Aysu və Fatimədən başqa bir oğlumuz da var. Yoldaşım mühafizəçi işləyir, qızlar yanandan bəri o da işə gedə bilmir. Uşaqların gündəlik pamperslərini, gündəlik xərclərini qarşılamaq, inanın, bizə çox baha başa gəlir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (077) 325-37-53.

Kapital Bank: 4169 7388 2071 5534.

0.080659866333008