Rafinya adını UEFA Çempionlar Liqasının tarixinə yazdırıb
İspaniyanın "Barselona" klubunun braziliyalı hücumçusu Rafinya Çempionlar Liqasında Almaniya təmsilçisi "Bavariya"ya qarşı matçda het-trik edən dördüncü futbolçu kimi tarixə düşüb.
Bakunews.media xəbər verir ki, 27 yaşlı hücumçu Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Barselonada keçirilən və meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatan oyunda Münhen komandasının qapısına vurulan qollardan üçünün müəllifi olub.
Rafinyadan əvvəl Çempionlar Liqasında "Bavariya"ya qarşı matçlarda Roy Makay, Serxio Aquero və Kriştianu Ronaldu het-trik etməyi bacarıblar.
Qeyd edək ki, "Barselona" cari mövsüm Çempionlar Liqasında keçirdiyi üç matçda 6 xal toplayıb.