Konfrans Liqası: "Çelsi"dən darmadağın, "Başakşehir" böyük fərqlə uduzdu

UEFA Konfrans Liqasının liqa mərhələsində ikinci turun oyunları keçirilir.

Bakunews.media xəbər verir ki, turnirin favoritlərindən olan "Çelsi" bu dəfə "Panatinaikos"un qonağı olub.

Zadəganlar meydan sahiblərinin qapısından 4 top keçiriblər. Feliks dublla yadda qalıb. Yunanların gücü yalnız təsəlli qoluna çatıb - 1:4. Bu qələbə sayəsində 6 xal toplayan London klubu hazırda turnir cədvəlinə başçılıq edir.

Günün digər qarşılaşmasında Türkiyə təmsilçisi "Başakşehir" Sloveniyanın "Selje" klubuna uduzub. İstanbul komandası səfərdə qapısından 5 top buraxıb və bu qollardan ancaq birinin əvəzini çıxmağı bacarıb - 5:1. Turnirdə ardıcıl ikinci məğlubiyyətdən sonra "Başakşehir" aktivində 0 xalla sondan üçüncü (34-cü) pillədə qərarlaşıb.

0.061856031417847