Azərbaycanla Belarus arasında imzalanmış iki sənəd TƏSDİQLƏNDİ
"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol" təsdiqlənib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Bundan başqa, dövlət başçısı "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qeyd edək ki, hər iki sənəd 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanıb.