Hərbi şəhərcikdə ölüm: Hamamda halı pisləşdi...

Kürdəmirdə 63 yaşlı qadın hamam otağında ürəktutmasından dünyasını dəyişib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən hərbi şəhərcikdə qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Elfirida Veysəl qızı Həsənova hamam otağında yuyunarkən qəfildən halı pisləşib və o, xəstəxanaya çatana qədər yolda dünyasını dəyişib.

Rayonun hüquq-mühafizə orqanı əməkdaşları faktla bağlı araşdırmalar aparır.

0.085137128829956