Bakıda bu gün aylıq normanın 30%-i həcmində yağış yağıb
Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində oktyabrın 28-i günün birinci yarısında qısamüddətli leysan xarakterli yağış yağıb.
Bakunews.media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, yağıntının miqdarı 9 mm qeydə alınıb. Düşən yağıntı aylıq normanın 30 %-ni təşkil edir.
G.Abbasova məlumat verib ki, Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir.
"Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir".
Bununla bağlı Bakunews.media-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.
Onun sözlərinə görə, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir.
"Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir", - deyə N.Mahmudov qeyd edib.