Şabranda bıçaqla oynayan azyaşlı boğazını kəsərək ÖLDÜ
Şabran rayonunda bədbəxt hadisə baş verib.
"Report"un məlumatına görə, rayonun Padar kənd sakini, 2019-cu il təvəllüdlü Fatimə Müzəffər qızı İsmixanova yaşadığı evdə bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.
Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.