Bişkekdə TDT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

"Report"un məlumatına görə, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də onun Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Macarıstandan olan həmkarları iştirak edirlər.

Görüş TDT sammitinə hazırlıq çərçivəsində keçirilir və "Türk dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik" mövzusuna həsr olunub.

Qeyd edək ki, Qırğız Respublikasında Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü baş tutacaq.

0.31421399116516