Bakıda dost dostun kürəyindən bıçaqla vurdu

Bakının Nizami rayonunda gənc dostu tərəfindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

1990-cı il təvəllüdlü İsmayılov Ələkbər Cəfər oğlu dostu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı kürək nahiyəsinin kəsilmiş deşilmiş xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

0.32674193382263