"Aston Martin" məşhur geyim brendi ilə əməkdaşlığını elan etdi
Böyük Britaniyanın "Formula-1" komandası "Aston Martin" Almaniyanın məşhur geyim istehsalçısı "Puma" ilə əməkdaşlığa başladığını elan edib.
Bakunews.media xəbər verir ki, bu barədə "Championat" məlumat yayııb.
"Puma" 2025-ci ildə "Aston Martin"in rəsmi idman geyimi, idman və texniki partnyoru olacaq, brendin nişanı gələn il AMR25 bolidində təqdim olunacaq.
"Aston Martin" "Mercedes" və "Uilyams" kimi komandalara qoşularaq, alman brendi ilə əməkdaşlıq edən üçüncü "Formula-1" komandası oldu.