Bakının Nizami rayonunda 23 yaşlı oğlan odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
APA xəbər verir ki, hadisə Nəsimi küçəsində baş verib.
Həmin küçədə 1997-ci il təvəllüdlü Oruclu Mürsəl Ziyafəddin oğlu naməlum şəraitdə güllə xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.