COP Troykası dayanıqlı inkişaf strategiyalarının axtarışı istiqamətində səylərini birləşdirir
Bakıda keçirilən COP29 çərçivəsində COP sədrləri Troykasının - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya nümayəndələrinin iştirakı ilə yüksəksəviyyəli dialoq keçirilib.
Bakunews.media xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
"COP28, COP29 və COP30 nümayəndələri ümumi rifahın gələcəyinə doğru kursu müəyyən etmək üçün birləşərək, hamının dayanıqlı tərəqqiyə nail olması üçün lazım olan təsirli strategiyaları və birgə səyləri müəyyən etmək məqsədilə nüfuzlu səsləri bir araya gətiriblər.
Sədrliklər birlikdə əldə edilmiş tərəqqini nəzərdən keçirib, problemləri müzakirə edib və beynəlxalq əməkdaşlığın gücləndirilməsi və milli səviyyədə müəyyən edilmiş töhfələrin növbəti raundu üçün ambisiyaların artırılması istiqamətində düzgün yolda olduğumuza təminat vermək üçün prioritetləri müəyyən ediblər", - paylaşımda qeyd olunub.
At #COP29Azerbaijan today: A Troika High-Level Dialogue, where #COP28, #COP29, and #COP30 Presidencies come together to chart the course toward a future of shared prosperity, bringing together influential voices to outline actionable strategies and collaborative efforts needed to… pic.twitter.com/xYvpof3sxw
— COP29 Azerbaijan (@COP29_AZ) November 13, 2024