BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
BMT baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB üzrə regional bürosunun direktoru İvana Jivkoviç Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb.
Bakunews.media xəbər verir ki, bu barədə BMT-nin rəsmisi sosial şəbəkədə bildirib.
"Elçin Əmirbəyova COP29 çərçivəsində gözəl görüş üçün təşəkkür edirəm. BMTİP Karbonun Açıqlanması Layihəsinin (CPD) hazırlanması, habelə yaşıl keçid və minalarla mübarizə planlarının vaxtında müzakirəsi aparılıb", - BMT nümayəndəsi qeyd edib.
Eyni zamanda, Vüqar Süleymanovla görüşə toxunan Jivkoviç ANAMA ilə birlikdə Azərbaycanda və dünyada daha təhlükəsiz, minasız gələcək üçün mina əleyhinə fəaliyyətdə innovasiyaları inkişaf etdirdiklərini vurğulayıb.
Thank you for the great meeting Ambassador Elchin Amirbayov alongside #COP29. Timely discussion on the preparation of @UNDP CPD and plans for green transition & mine action. pic.twitter.com/ArHHErwYJo
— Ivana Zivkovic (@Ivana_Zivkovic_) November 14, 2024
Great to meet again with Mr. Vugar Suleymanov of @ANAMA_gov_az in Baku. Together, we're advancing innovation in mine action for a safer, mine-free future in Azerbaijan and around the world. pic.twitter.com/a40C1BuP6r
— Ivana Zivkovic (@Ivana_Zivkovic_) November 14, 2024