Yaşıl enerji dəhlizləri Mərkəzi Asiya və Qafqaza güc verə bilər
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan ilə Mərkəzi Asiya və Qafqazdakı qonşularının bərpaolunan enerji sahəsində regional əməkdaşlığın yeni bir dövrü başlaya bilər.
Bakunews.media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Mərkəzi Böyük Britaniyanın paytaxtı Londonda olan "Ember" beynəlxalq enerji düşüncə mərkəzi COP29-un "Enerji/Sülh, Yardım və Bərpa" tematik günündə "Mərkəzi Asiya və Qafqaz üçün Yaşıl Enerji Dəhlizləri" adlı hesabat dərc edib.
Hesabata görə, Mərkəzi Asiya və Qafqazdakı ölkələrin bərpaolunan enerjidən əldə ediləcək elektrik enerjisinin genişləndirilməsi üçün yaradılacaq təkmilləşdirilmiş regional əməkdaşlıqdan qazanacaqları çox şey var.
Həmin ölkələr, böyük ölçüdə mədən yanacaqlarından asılı olmasına baxmayaraq, bərpaolunan enerji sahəsində regional əməkdaşlıqla yeni bir dövr başlada bilər.
Bölgə ölkələrinin hazırkı vəziyyətdə böyük bir qisminin elektrik enerjisinin istehsalında mədən yanacaqlarından asılı olduğu qeyd edilən hesabata görə, Özbəkistan, Azərbaycan və Türkmənistan təbii qazdan elektrik istehsal edir, Qazaxıstanın istehsalı isə kömürə əsaslanır. Su baxımından zəngin olaraq bilinən Tacikistan, Qırğızıstan və Gürcüstan isə elektrik enerjisinin çoxunu bərpaolunan mənbələrdən istehsal edir.
Hesabata görə, bölgə hələ istifadə edilməmiş böyük bir bərpaolunan enerji potensialına malikdir.
Mərkəzi Asiya və Qafqaz, şimalda güclü külək potensialı, cənubda günəş enerjisi və şərqdə bölgənin ən böyük iki çayı ətrafında hidroelektrik kimi bir-birini tamamlayan bərpaolunan enerji profili təmin edən coğrafi müxtəliflikdən faydalanır.