Dörd yaşlı İbrahim ölümlə mübarizə aparır - Onun sizin köməyinizə ehtiyacı var
Dörd yaşlı İbrahim Abbasov ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Bakunews.media-a onun anası Əfsanə Abbasova məlumat verib.
Bildirilib ki, övladının qarın boşluğunda bədxassəli şiş var və əməliyyatla götürülməlidir:
"Bunun üçün İbrahim əvvəlcə 6 kurs kimyaterapiya almalı idi. Onları tamamladıq. Bizə İbrahimin əməliyyatı üçün 30 min dollar lazım idi. Onun 20 min dollarını toplasaq da, qalan məbləği - 10 min dolları yığa bilmirik. Xalqımdan xahiş edirəm, balamı ölümə tərk etməsinlər. Bizə bu ağır günlərimizdə dəstək olsunlar. İbrahimə ona dəstək olan şəxslərdən danışıram. Uşaq da olsa, hər şeyi başa düşür. Xəstəliyinə dəstək olanları eşitdikcə sevinir. Gələn ay əməliyyata görə Türkiyəyə getməliyik. Nə olar, balamı bu zülmdən qurtarın.
Ailə ilə əlaqə: (055) 736-92-70.
Kapital Bank: 5239 1517 1343 5306.
Dörd yaşlı İbrahim ölümlə mübarizə aparır - Onun sizin köməyinizə ehtiyacı var