"Ural" klubunun prezidentinə xərçəng diaqnozu qoyuldu
Rusiyanın "Ural" klubunun prezidenti Qriqori İvanova xərçəng diaqnozu qoyulub.
Bakunews.media xəbər verir ki, funksioner hazırda Almaniyada müalicə alır. Komanda Rusiya Premyer Liqasına vəsiqə qazanmasa, Q.İvanov klubdan ayrıla bilər.
Qeyd edək ki, Qriqori İvanov 2003-cü ildən "Ural"ın prezidenti vəzifəsində çalışır. Yekaterinburq təmsilçisi onun rəhbərliyi altında iki dəfə Rusiya Kubokunun finalına yüksəlib.