UEFA Avropa Liqası: "Makkabi" ilk qələbəsini "Beşiktaş" üzərində qazandı
UEFA Avropa Liqasında V turun görüşləri keçirilir.
Bakunews.media xəbər verir ki, İstanbul "Beşiktaş"ı nominal ev oyununda Təl-Əviv "Makkabi"si ilə üz-üzə gəlib.
Matç yəhudi komandasının təhlükəsizliyi səbəbindən Türkiyədə deyil, Macarıstanda baş tutub.
Oyun israillilərin turnirdəki ilk qələbəsi ilə əlamətdar olub. "Makkabi"nin 3 qoluna "Beşiktaş" yalnız 1 qolla cavab verib.
Bu nəticədən sonra İsrail klubu turnir cədvəlində 3 xalla 30-cu yerdə qərarlaşıb. "Qara qartallar" isə 6 xalla 18-ci pillədədirlər.