Velotrekdə dezinfeksiya tədbirlərinə başlanıldı

Koronavirus epidemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb. 

Bakunews.media xəbər verir ki, bundan başqa martın 7-8-də keçirilməsi nəzərdə tutulan şose velosipedi üzrə Bakı Kubokunun I mərhələsi də təxirə salınıb. 

Hazırda Respublika Velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.

0.33117008209229