Boksçu qız kişilərlə döyüşmək üçün cinsini gizlədib - FOTO

Rusiyalı boksçu Tatyana Dvajdova kişilərlə döyüşmək üçün cinsini gizlədirmiş.

Bu barədə boksçu FAN-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, mübarizələrə Vladimir Yermolayev kimi qatılıb, çünki öz adı ilə iştiraka icazə verilməyib.

“Mən boksla məşğul oluram və qadınların kişilərlə döyüşə buraxılmasının tərəfdarı kimi çıxış edirəm”, - deyə o bildirib.

Boksçu qız əlavə edib ki, özünü kişilərdən zəif hesab etmir, çünki həvəskar döyüşlərdə dəfələrlə onlara qalib gəlib.

Məlumata görə, T.Dvajdova 17 həvəskar mübarizəyə qatılıb. Onun rəqiblərinin hamısı kişi olub.

0.30518198013306