Türkiyə klubunun oyunçusu məşqçidən gələn vərəqi yedi - VİDEO

Türkiyə Çempionatının 25-ci turunun “Trabzonspor” və “Qazişehir Qaziantep” klublarının görüşündə maraqlı hadisə yaşanıb.

Belə ki, “Trabzonspor”un yarımmüdafiəçisi Badu Ndiayen baş məşqçidən klub yoldaşı vasitəsilə göstəriş alıb. Seneqallı oyunçu oxuduqdan sonra atmaq və ya cibinə qoymaq əvəzinə, ətrafa boylanaraq vərəqi yeyib.

Lakin məşqçidən aldığı göstəriş də Ndiayenə kömək etməyib. O, heç bir nəticə ilə fərqlənməyərəq, meydanı 61-ci dəqiqədə tərk edib.

Görüş 1:1 hesabı ilə başa çatıb.

0.31457304954529