Meksikada qatar maşınla toqquşub: ölənlər var

Meksikanın şimal-şərqində yerləşən Nuevo-Leon ştatında qatar maşınla toqquşub.

“TASS” xəbər verir ki, avtomobildə olan üç nəfər həlak olub.

Ölənlər bir ailənin üzvü imiş.

Ehtimala görə, avtomobilin sürücüsü sürətlə qatar yolundan keçmək istəyib, lakin bunu bacarmayıb.

Polis hadisənin təfərrüatlarını araşdırır.

0.40373611450195