Çilidə qarətçilər hava limanında 15 milyon dollar oğurladı
Bir qrup silahlı qarətçi Çilinin paytaxtı Santyaqoda hava limanının ambarlarına basqın edərək 14 milyon dollar və 1 milyon avro oğurlamağa nail olub.
“24 oras”xəbər verir ki, təxminən 10 nəfər şirkətə aid yük maşınında ambara girərək inkassator avtomobilində olan pulları oğurlayıb.
Basqın nəticəsində iki nəfər xəsarət alıb.