Hava limanından banklara paylanılacaq 14 milyon dollar oğurlandı

Çilinin paytaxtı Santyaqo şəhərində silahlı soyğun baş verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bir qrup silahlı şəxs paytaxtın “Arturo Merino Benitez” hava limanında yerləşən anbara özlərini karqo xidməti əməkdaşı kimi qələmə verərək daxil olublar. Anbardan banklara paylanılmaq üçün xaricdən gətirilmiş 14 milyon dollar oğurlanıb. Beş nəfər olduqları ehtimal olunan soyğunçular mühafizəçilərdən birini yaralayıblar.

Faktla bağlı araşdırma başladılıb.

1.0909390449524