Təşvişə səbəb olan “aslan” başqa heyvan çıxdı
İspaniyanın Molina-de-Sequra şəhərinin sakinləri şəhərin ortasında aslanın dolaşması barədə polisə müraciət ediblər.
“UPI” xəbər verir ki, təşvişə səbəb olan heyvanın aslan olmadığı ortaya çıxıb.
Məlum olub ki, şəhər sakinlərini qorxudan qeyri-adi tərzdə qırxılmış it olub.
İtin üzərində xüsusi çip aşkar edən polis əməkdaşları onun sahibi ilə əlaqə saxlayaraq iti evinə qaytarıblar.