“Boeing” “737 MAX” modelinə görə neçə milyard itirdi?

“737 MAX” modelində aşkarlanmış problemlər “Boeing”ə ən azı 18,7 milyard dollara başa gələcək.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Şirkətin yanvar ayında investorlara verdiyi məlumatda göstərilib ki, “Boeing”in xərcləri aviaşirkətin müştərilərinə kompensasiyaları şəklində 8,3 milyard dollar, təyyarənin təkmilləşdirilməsi xərcləri kimi isə 6,3 milyard dollar təşkil edəcək.

Şirkət sonradan təyyarələrin təkmilləşdirilməsi xərclərinin daha dörd milyard dollar artacağını bildirib. Bununla yanaşı, şirkət faciə qurbanlarının ailələri üçün 100 milyon dollarlıq fond yaradıb. “Boeing” məhkəmə işləri ilə bağlı xərclərin artmasını da istisna etmir.

0.41416311264038