Karantin Çində boşanmaların sayını artırdı

Çində yeni növ koronavirusun yayılması evliliklərə də mənfi təsirsiz ötüşməyib.

“Haber Global”ın məlumatına görə, karantinə alınmış cütlüklər arasında boşanma halları sürətlə artır.

Boşanmaya görə müraciətlərin sayı o qədər çoxalıb ki, rəsmi idarələr martın 18-nə qədər ərizə qəbulunu dayandırıblar.

Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı 3172 nəfərə çatıb. Virusa yoluxanlar isə 80793 nəfərdir.

0.28535294532776