İndoneziya Rusiya qırıcılarından imtina etdi
Donald Trampın administrasiyası İndoneziyanı Rusiyanın Su-35 qırıcılarından imtina etməyə məcbur edib.
“Bloomberg” xəbər verir ki, anlaşma bir milyard dollar dəyərində imiş.
Bundan əlavə, Cakarta Çindən 200 milyon dollar müqabilində hərbi-dəniz patrul katerlərini almaqdan da imtina edib.
Məlumata əsasən, ABŞ İndoneziyanı sanksiyalar ilə hədələyib.