Dünya şöhrətli həkim koronavirusdan qorunmağın yolunu göstərdi - FOTO
Çinin Uhan şəhərindən başlayan və pandemiya elan edilən koronavirusdan qorunmaq üçün dünyaca məşhur kardioloq-cərrah Mehmet Öz bəzi profilaktik tədbirləri sadalayıb.
“Haberler”in məlumatına görə, o, virusa görə panikaya düşməməyi məsləhət bilib.
Həkimin dediyinə görə, koronavurusa yoluxmamaq üçün gecə yeddi saat yatmaq mütləqdir:
“Olduğunuz otaqda havanın nəm olmasına diqqət edin. Əl verib görüşməyin, əllərinizlə üzünüzə toxunmayın. İmmun sisteminin güclənməsi üçün yarım saat ara verməklə idman edin”, - deyə həkim açıqlayıb.
Bundan başqa, o, qripə görə peyvənd vurdurmağı, vitamin D3 və meyvə-tərəvəz qəbul etməyin vacib olduğunu qeyd edib.